Mən sənin baxşını sevdim...
Ağlımı aparan, ürəyimi isidən..
Gözlərimdə oynayan baxışını... ♥
Mən sənin o gözəl saçlarını sevdim...
Dalğalanarkən ətrindən bihuş olduğum, saçların.. ♥
Mən sənin o balaca əllərini sevdim...
O əllər bilirəm ki, titrəyirdi mənim məktublarımı oxuyanda..
O əllər utandığını gizlətmək üçün üzünü örtürdü, o əllərini sevdim..♥
Mən sənin duyğularını sevdim...
Baxışından, duruşundan oxundu onlar..
Gözlərin yol çəkərkən oxudum duyğularını..
Hər halından oxudum, təmiz idi, saf idi onlar.. ♥
Mən sənin sədaqətini sevdim...
Heç kimdə görmədim, heç bir qadında hiss etmədim..
Çətinlikdə, dar ayaqda varlığından güc aldığım sədaqətini... ♥
Mən sənin nəfəsini sevdim...
İlk bahar çiçəyinə qonan arıları görmüsən?
O arılar nəfəsimə qona bilsəydi üz döndərərdi...
Xoşbəxtəm ki o nəfəsini hiss etmişəm... ♥
Mən sənin həsrətini sevdim...
O acı həsrət mənə şirindi, çünki sənindir..
Sən vermisən mənə onu..
Və bilirəm ki bu həsrətin sonunda barışıq var, anlayış var, vüsal var..♥
Mən sənin məhəbbətini sevdim... ♥
Səni sevirəm deməyini heç vaxt unutmaram..
Oxuduğum mahnılarda, eşitdiyim nəğmələrdə, baxdığım filmlərdə, hamısında məhəbbət var..
Heç biri sənin məhəbbətin qədər böyük deyil, dözümlü deyil..
Sənin təmiz məhəbbətini sevdim...
Gözlərimdə işıq, sözlərimdə məna oldun sən...
Nə yaxşı ki, gəldin mənim həyatıma...
Gəldin və ömürümü bəzədin..
Sənin sadəliyin, sənin gözəlliyinlə, fərqliliyinlə mən səni sevdim, yalnız SƏNi... ♥
Video yoxdu..