Film kiçik bir məhəllə və bu məhəllənin sakinlərinin başına gələn məzəli əhvalatlardan danışır. Hadisələrin axışı Tofiqin(Coşqun Rəhimov) əsgərlikdən qayıtması ilə başlayır. Anası(Kübra Əliyeva) nəhayət bircə oğlunu evləndirmək istəyir. Tofiqin gələcək qaynatası "professor"dur(Avtandil İsrafilov). Amma bu professor o professorlardan deyil...
Film haqqında
Film unudulmaz bəstəkar Süleyman Ələsgərov və həyat yoldaşı Ağgül xanımın 80 illik yubileylərinə ithaf olunur.
Film aktrisa Nəsibə Zeynalovanın kinoda son işidir. Aşağıda yerləşdirilən audio faylların içində dahi Nəsibə xanımın səsi də vardır.
Filmin çəkilişlərinə Ə. Qarayev küçəsi 6 №-li evin sakinləri köməklik göstərmişdir.
Filmdə "Ulduz" kinofilmindən və xalq mahnılarından istifadə edilmişdir.
Ssenari müəllifi: Tahir İmanov, Müşfiq Abbasov, Məmməd Kazımov
Rejissor: Ramiz Fətəliyev
Operator: Tarıverdi Tarıverdiyev
Bəstəkar: Aytən İsmixanova
Səs operatoru: Emin Nəsirli, Teymur Abdullayev, Vilayət Qəhrəmanzadə
Montaj edən: Xanlar Ağayev
Rollarda: Tahir İmanov-Rövşən
Cabir İmanov-Elşən
Elçin Həmidov-Məzahir
Rəfael İsgəndərov-Qüdrət
Coşqun Rəhimov-Tofiq
Kübra Əliyeva-Südabə
Dilarə Əliyeva (II)-Məhəbbət
İlham Qasımov-Ruslan
Janr: Komediya
İlk baxış tarixi: 20 Dekabr, 2003, Bakı
Dil: Azərbaycan dili (rusca dialoqlarla)
Ölkə: Azərbaycan
İstehsalçı qurum: "Planet Parni İz Baku" Studiya (Süleyman Ələsgərov adına Yaradıcılıq Birliyi)