«Mançester Yunayted»lə yeni müqavilə Ueyn Runini dünyanın ən çox pul qazanan oyunçuları sırasında liderliyə yüksəltdi. Həftəsi 200 min funt sterlinqə başa gələn İngiltərə yığmasının hücumçusu Portuqaliya milisi və «Real»ın ulduzu Kriştianu Ronaldunu geridə qoyub. İllik qazanc göstərilən siyahının ilk 10-luğu aşağıdakı kimidir:
1.Ueyn Runi («Mançester Y.) - 18,8 mln dollar
2.Kriştianu Ronaldu («Real») - 16,32 mln
3.Zlatan İbrahimoviç («Milan») - 15,04 mln
4.Yaya Ture («Mançester Siti») - 13,9 mln
5.Lionel Messi («Barselona») - 13,16 mln
6.Samuel Eto («İnter») - 13,16 mln
7.Kaka («Real») - 12,56 mln
8.Emmanuel Adebayor («Mançester S.») - 10,6 mln
9.Kərim Benzema («Real») - 10,6 mln
10.Karlos Teves («Mançester S.») - 10,07 mln