Главная Файлы Фильмы Видео Информация Шаблоны Фотоальбом Программы Университет
Добро пожаловать, Гость!
Войти
Зарегистрироваться
Случайные
Мертвая плоть / The Dead Matter (2011)
Шкала агрессии / The Aggression Scale (2012)
Дон. Главарь мафии 2 / Don 2 (2011)
ОБИТЕЛЬ ЗЛА 2: АПОКАЛИПСИС / RESIDENT EVIL 2: APOCALYPSE (2004)
Биение сердца
Аутсайдер / The Outsider (2002)
Отдача / Recoil (2011)
Бангкокский адреналин / Bangkok Adrenaline 2009
Топ пользователей


(√ιק)Dίℒgαm♥
Администраторы
Пол:
Мужчина
фильмы:441


To[L]ik
Администраторы
Пол:
Мужчина
фильмы:39


Hәsәη
Администраторы
Пол:
Мужчина
фильмы:26


bEN
VIP
Пол:
Женщина
фильмы:13


AηgeLL
Админка
Пол:
Женщина
фильмы:12


RoBBeN
VIP
Пол:
Мужчина
фильмы:11


Lover[Rauf]
VIP
Пол:
Мужчина
фильмы:10


BrauNN
VIP
Пол:
Мужчина
фильмы:8


RociηRoL
VIP
Пол:
Мужчина
фильмы:7


Rocer
VIP
Пол:
Мужчина
фильмы:5
Опросы
Как вам наш сайт ( "ړ )
Всего ответов: 58
Главная » 2012 » Январь » 12 » Dünyanın yeni yeddi möcüzəsi
İsa Məsihin heykəli(Rio de Janeyro, Braziliya)

İsa Məsihin heykəli(Portuqal dili: O Cristo Redentor)38 metr hündürlüklü bu heykəl Braziliyada Rio de Janeyro şəhərinə təpədən baxan Corcovado təpəsinin üzərində yerləşdirilmişdir. Heykəl beş il müddətində hazırlanmış və 1931-ci ildə açılış edilmişdir.
Çiçen-İtsa(Yukatan, Meksika)

Çiçen-İtsa(Yukatan, Meksika) Çiçen-İtsa(Yukatan, Meksika) Çiçen-İtsa(Yukatan, Meksika) Çiçen-İtsa(Yukatan, Meksika) Çiçen-İtsa(Yukatan, Meksika) Çiçen-İtsa(Yukatan, Meksika) Çiçen-İtsa(Yukatan, Meksika) Çiçen-İtsa(Yukatan, Meksika) Çiçen-İtsa(Yukatan, Meksika) Çiçen-İtsa(Yukatan, Meksika).
Böyük çin səddi(Çin)

Bəşər tarixində gələcək nəsillərə insan əlilə yaradılmış çox heyrətamiz möcüzələr yadigar qalmışdır. Onlardan biri də çinlilərin yaradan əlləri və bitib-tükənməz əməkləri ilə tikilən Böyük Çin səddidir. Çinlilər bu səddə Vanli Çançen deyirlər.

Sarı dənizin Lyodun körfəzinin sahillərindən başlayıb, Çinin şimal sərhədləri boyunca uzanan və Qobi səhralarından keçən səddin ümumi uzunluğu 4250 kilometrdən artıqdır. Böyük Çin səddi ilk dəfə e.ə.220-ci ildə Çin imperatoru Çin Şi-Xuandi tərəfindən cəmi on ilə tikilmişdir. Sonralar bu müdafiə xəttinin tikintisi yüz illərlə davam etdirilərək, on min li uzadılmışdır. (1 li təqribən 576 metrdir).

Çin imperatorluğunun əsasını qoyan və Çini ən güclü dövlət kimi formalaşdıran imperator Çin Şi-Xuandi bu nəhəng divarı öz dövlətini şimalda yaşayan köçəri xalqların (o zaman Çinin şimalında qədim türklər yaşayırdılar) qəfil hücumlarından qorumaq üçün çəkdirmişdi. Həmin səddin bir tarixi əhəmiyyəti də ondan ibarət idi ki, o, dağınıq və tayfa halında yaşayan Çin xalqının milli birliyinin əsasını qoymuşdur və bu dağınıq xalqlar, əl-ələ verərək dünyanın ən uzun və ən nəhəng daş divarını tikmişdilər.

Səddin tikintisi ayrı-ayrı hissələrə bölünmüşdü və hər hissəni vahid plan əsasında bir tayfanın, qəbilənin əhalisi tikirdi. İmperator Çin-Şi-Xuandi tikintiyə ümumi rəhbərliyi qoşun böyüyü Men-Tyana tapşırmışdı. Men-Tyan isə tikintini vaxtında, yəni on il müddətinə tikib başa çatdırmaq üçün 350 min əsgəri və yüz minlərlə mülki adamı işə cəlb etmişdi. Mülki adamların içərisində şəhərli ustalar, əkinçi kəndlilər və on minlərlə həbsxana məhkumları vardı.

İmperator istəyirdi ki, onun tikdirdiyi nəhəng daş divarı heç bir qüvvə yıxa və ondan aşa bilməsin. Səddin birinci hissəsinin uzunluğu 2450 kilometr olmalı idi. Uca dağlardan, dərin dərələrdən, susuz səhralardan keçən bu tikinti çox çətin şəraitdə aparılırdı. Tikintiyə inşaat materialları əllə daşınırdı. Və buna da yüz minlərlə insan əməyi sərf edilirdi.

Men-Tyan əvvəlcə səddin hər 100 metrliyində ucaldılan gözətçi qüllələrinin tikintisindən başladı. Bu sayaq qüllələrin sayı isə 25 mindən çox idi. Hər birinin hündürlüyü 12 metrə çatan qüllələr tamamlandıqdan sonra, qüllələrin arasında hündürlüyü 7,5 metrə, bəzi yerlərdə isə 10 metrə çatan və qalınlığı 5,5-6,5 metr olan daş divarlar tikilirdi.

Səddin bayır tərəfi yad torpaqlar adlanırdı. Buna baxmayaraq, ölkənin mühafizəsini yaxşı təşkil etmək naminə həmin yad torpaqlarda da 15 mindən çox gözətçi qüllələri tikilmişdi. Qüllədəki gözətçilər gündüzlər tüstü ilə, gecələr isə tonqal qalamaqla düşmənin gəldiyini xəbər verirdilər.

Deyildiyi kimi, 2450 kilometrlik səddin tikintisi cəmi on ilə - e.ə.230-cu ildə başa çatdırıldı. Bu şərəfə imperator Çin-Şi-Xuandi Men-Tyanı böyük mükafatlarla təltif elədi. Amma imperator bilmədi ki, bu nəhəng səddi tikib qurtarana qədər qarda, şaxtada, səhralarda aclıqdan, susuzluqdan, soyuqdan və ağır əməkdən ildə 400 mindən çox işçi həlak olmuşdu. Məhz buna görə də həmin dövrdən Çində belə bir xalq misalı yaranıb. "Hər kərpicin sayı qədər insan udan bu divarlar dünyanın ən uzun qəbiristanlığıdır". Bu deyimdə böyük həqiqət vardı. Çünki ölən adamlar Men-Tyanın əmri ilə qala divarlarına hörülürdü.

Sədd tikiləndən sonra onun mühafizəsi çox ciddi qorunurdu. Belə ki, bir neçə qülləni qoruyacaq 145 nəfərlik hərbi qarnizon, həm səddi, həm də səddin iç divarları boyu tikilmiş ambarları mühafizə edirdi. Səddin üstü çox geniş və enli idi. Divarların üstü ilə dörd piyada əsgər və ya üç atlı yan-yana gedə bilirdi. Divarların üstünə qalxmaq üçün iç tərəfdən çoxlu pilləkanlar qurulmuş və yağış-qar suyunu kənara atmaq məqsədilə daş novlar qoyulmuşdu.

Sonrakı bir neçə əsrdə Böyük Çin səddi daha 2000 kilometr uzadılaraq dünyanın ən böyük, ən uzun səddinə çevrilmişdir. Lakin o, yeni eranın VI əsrindən başlayaraq qüdrətli türk imperiyalarının güclü ordularının önünü saxlaya bilmir və öz keçilməz-aşılmaz müdafiə funksiyasını itirir. Orta əsrlər tarixindən məlumdur ki, qədim türk imperatorları Bilgə Xaqan, Mete,Çingiz Xan Böyük Çin səddini aşaraq ölkənin içərilərinə yerimişdilər.

Min sülalə imperatorluğu dövründə (XV-XVI əsrlər) Böyük Çin səddi yenidən bərpa edilərək bir daha Çin xalqını vahid məqsəd - Çin dövlətini yadellilərdən qorumaq uğrunda birləşdirdi. Elə o dövrdən də Böyük Çin səddi öz müasir görkəmini qoruyub saxlamışdır.

Hazırda bu nadir və qeyri-adi tikinti qədim dünya insanlarının əlilə tikilmiş ən böyük möcüzələrindən biri olmaqla, Şərq aləminin nadir tarixi-memarlıq və maddi-mədəniyyət abidələrinin də ən qiymətli incisi hesab edilir.

Hər il Çinin şərqindən qərbinədək 4450 kilometrlik bir məsafədə uzanan Böyük Çin səddinin tamaşasına dünyanın müxtəlif ölkələrindən milyonlarla turist gəlir. Bir də onu qeyd etmək yerinə düşər ki, həm də insan əli ilə yaradılmış möcüzələrdən ancaq və ancaq Böyük Çin səddi kosmosdan müşahidə edilir. O nazik bir xətt kimi Çin boyu uzandıqca uzanır.

Böyük Çin səddi - ölkənin ən böyük və ən möhtəşəm sənət abidəsi üç min ildir ki, Çinin simvoluna çevrilərək yaşayır və bundan sonra da min illərlə yaşayaraq gələcək nəsilləri əzəməti və qeyri adiliyi ilə heyrətdə qoyacaqdır.

Böyük Çin səddinin davamı

Alimlər Böyük Çin səddinin cənub şərq hissədə, Koreya Xalq Respublikası ilə qonşuluqda olan Qirin vilayətindəki hissəsini aşkar ediblər.

Sonuncu tapılmış hissə divarların özündən 11 km uzaqlıqda yerləşir. Tikintinin Sin (bizim eradan əvvəl 221–206–cı illərdə) və Xan (bizim eradan əvvəl 206–cı il, bizim eranın 220–ci ili) dövrlərində həyata keçirildiyi məlumdur. Lakin Çinin sonuncu imperatoru bu divarlara ehtiyac olmadığını bildirmişdir. Artıq sonrakı dövrdə sədd öz aktuallığını itirdi və Çin səddinin sökülməsinə başlanıldı.

Sonuncu hesablamalara görə Çin səddinin uzunluğu 8850 km–dir. Səddə aid olan şəxsi uzunluq 6260 km olsa da, qırılmış hissələr də vardır ki, 360 km sayılır. Bütün manelərin uzunluğu isə son dövrlərdə 2232,5 km də uzadılmışdır. Həmçinin müxtəlif burunlara və çay qollarına da rast gəlmək mümkündür.

1987–ci ildən etibarən sədd YUNESKO tərəfindən mühafizə altındadır.

Maçu-Pikçu(Cuzco, Peru)


Maçu-Pikçu (azərb. Qocaman Dağ) — Antik İnka şəhəri.

Bəzən "inklərin itirilmiş şəhəri" də adlandırılır. Qədim şəhərçik yer üzündən silinmiş qədim inka xalqının rəmzi hesab olunur. Dəniz səviyyəsindən 2,430 metr yüksəklikdə yerləşir. Şəhər mərkəzi And platosundan başlayaraq Amazon meşələrinin Urubamba çayına qədər uzanmaqdadır.

Bu şəhər dağlarda müqəddəs məkan kimi hazırlanmışdır, inklərin rəhbəri Paçakutek tərəfindən imperiyanın zəbt olunmasının 100 illik yubuleyinə həsr edilmişdir. Şəhərçik 1450-ci illər ətrafında son inka imperatoru Paçakutek tərəfindən salınmış və 100 il bundan sonra bu ölkəni fəth etmiş İspan konkiskodorlarından gizli saxlanılırmış. Təxminən 1532–ci ilədək mövcud olmuşdur, hansı ki bu dövrlər ərzində ispanlar inklərin ərazisinə zorla daxil olmağa başlamışdır. Nəticədə 1532–ci ildə həmin ərazinin sakinləri yox olmuşdur. Bəzi mənbələrə görə İnkalar tərəfindən çiçək xəstəliyi epidemiyası səbəbilə ərazi tərk edilmişdir.

İspanların İnka İmperatorluğunu ələ keçirmələrindən sonra şəhər üç yüz il ərzində "itkin" olaraq qalmış və 1911-ci ildə Hiram Bingham tərəfindən təkrar tapılmışdır. Şəhər dağın tamamilə yüksək hissəsində yerləşir, hazırkı müasir Perunun Urubambı çayından 2057 metr hündürlükdədir. Maçu–Pikçu öz ərazisi baxımından böyük şəhər deyildi, çünki 200 hissədən təşkil edilmişdir. Əsasən bu məbədlərin daxilində iqamətgahlar, xüsusi anbarlar və yaşayış üçün nəzərdə tutulmuş digər ünsürlər vardır. Bunların çox hissəsi əla növdə hazırlanmış daşlardan ibarətdir və bir – birləri ilə piltəlrə vasitəsilə birləşdirilmişdir. Düşünülür ki, burada və şəhərin ətrafında 1200 nəfər yaşamışdır. Onlar Günəş allahı İntiyə sitayiş edərək, terraslarda kənd təssərrüfatı ilə məşğul olmuşlar.

400 ildən artıq müddətdə bu şəhər unudulmuş və düzənliyə çevrilmişdir. Buranı Yelsk Universitetinin amerikan tədqiqçisi professor Hayrem Binqher 24 iyul 1911-ci ildə aşkar etmişdir. Bura gələrkən onun yanında dövlətin təyin etdiyi xüsusi müdafiəçilər olmuşdur və yerli sakinlərdən balaca oğlanın bələdçiliyi ilə kəndliləri tapmışdır. Yerli insanların dediklərinə əsaslansaq görünür ki, onlar burada azadlıq, sülh və təhlükəsizlik içərisində yaşayırmış. Həmçinin müxtəlif daşların üzərində də çoxsaylı yazılara rast gəlinmişdir.

Maçu–Pikçu çətin bir struktura malikdir. Şimal şərqdə saray kompleksinin tikilmə prosesi öyrənilir. Buradakı daşlar o dərəcədə gözəl hazırlanmışdır ki, insan baxarkən düşünür ki, yəqin burada əyanlar və yüksək rütbə sahibləri yaşamışdır.

Qərb hissədə səcdəgahla birlikdə baş məbəd vardır və bura qurbanlar üçün nəzərdə tutulmuşdur. Onun qarşısında yaşayışı evləri və iki mərtəbəli evlər vardır. Onların arasında labirint kimi ensiz pillələr və yollar vardır. Bunların bəziləri heç bilinməyən divarlarla və terraslarla üzləşir. İspanlar bütün bunlara baxmayaraq Maçu–Pikçuya gəlməyi bacarmışlar. Bu şəhər məhv edilməmişdir. Lakin biz bura haqqında çox az məlumat əldə etmişik. İndiyə kimi sual olunur ki, nəyə görə inklər dövlətin mərkəzindən kənarda, 2450 metr yüksəklikdə şəhər salmaq qərarına gəlmişlər? Bizə isə nə yaşayan əhalinin sayı, nə də şəhərin əsl adı məlumdur.

2007-ci ildə dünyanın yeddi möcüzəsindən biri hesab olunmuşdur.

Tarixçilərin araşdırmalarına görə Maçu Piççunun zəngin xəzinələri 140 ildən çox bundan əvvəl bir alman tərəfindən qarət edilmişdir.Alimlərin fərz etdiyinə görə, Peruda qızıl və ağac alveri ilə məşğul olan Avqusto Berns adlı bir alman tarixçisi 1867-ci ildə o vaxtkı Peru hökmdarlarının icazəsi ilə şəhərciyin yerşədiyi təpədə özünə biznes quraraq misilsiz xəzinələri qazıb üzərə çıxararaq Avropa muzeylərinə və şəxsi kolleksiyalara satırmış.

İndiyənə kimi hesab olunurdu ki, qədim Maçu Piççu 1911-ci ildə Amerikalı tarixçi Hayram Binqam tərəfindən dünya üçün aşkar edilib. Yerli əhali üçün belə bir qədim şəhərciyin mövcudluğu bilinirdi.Yelsk Universitetinin amerikan tədqiqatçıları Riçard Byurger və Lyusi Salazar ispanların XVI əsr tarixindən müəyyən məlumatlar əldə etmişlər və düşünürlər ki, bura Paçakutekanın qız iqamətgahı olmuşdur. Yay dövründə şəhərdə yağış vaxtı olarkən burada heç 200 sakin qalmırmış. İmperiyanın zəbtindən sonra isə ümumiyyətlə burda heç sakin qalmamışdır və bütün şəhəri həmişəlik tərk etmişlər.

Maçu-Pikçunun şimal şərqində inklərin daş yonanları iki konstruksiya yaradıblar, hansı ki, Binqhem həmin hissəni düzəldəni "rəssamlığın ustadı" adlandırmışdır. Burada dairəvi qala var və onun tərəflərində hissələr də ucaldılmışdır.

Bu qalanın tikintisi Günəş allahı üçün nəzərdə tutulmuş məbəd mənasını ifadə edirdi və buna görə də eyni ilə belə ad verilmişdir. Çünki qalanın özü və onun ətrafındakı hissələr də orta əsr divarlarına bənzəyir. Perulular bütün kompleksi daha sonralar El – Torreon ("bastion") adlandırıblar. Lakin əlbəttə hamı bilir ki, yerin ilkin adı regionun özünəməxsus adlandırılmışdır. Qala səcdəgahın yaxınlığında tikilmişdi. Qalanın yanında mağara yerləşir. Binqhem düşünürdü ki, bunun içində inklərin rəhbərinə aid olan mumiya yerləşir, lakin alimlər bildirir ki, bu cəsəd hansısa bir ritual proseslərin idarə edilməsində iştirak edən şəxsdir. Qazıntılardan və tamamilə hazır hala gətirildikdən sonra bu kompleks bizə özünün bütün gözəlliyini göstərdi. Xüsusən də dörd əsr bundan əvvəl tikilməsinə baxmayaraq memarlıq baxımından olduqca güclü idi. Şahzadənin evinin qarşısından qalaya doğru pillələr vardır və buradan aşağıya doğru baxmaq, gözəlliyi seyr etmək mümkündür. Yəqin ki, bu pəncərələr qış aylarında günəşi seyr etmək üçün nəzərdə tutulmuşdur.Müqəddəs meydan Maçu–Pikçunun mərkəzi sayılır. Cənub hissənin sonunda ağ mərmərdən üç mərtəbəli bina dayanmışdır, buranın tikintisində istifadə olunan daşların hündürlüyü insan boyundan qat – qat artıqdır.

Məbədin qərb divarları bağlı sığınacağı xatırladır və bura "bəzəkli otaq" kimi dəyərləndirilir. Bütün otaq inklərin ən gözəl daş yonanları tərəfindən böyük ustalıqla hazırlanmışdır. Üç hissədən 32 künc qazılaraq 2 blok həcmində fundament tökülmüşdür. Bəlkə də bunların arasında Maçu–Pikçuda yerləşən və meydanın əsas hissəsi olan şərqdə yer alan "Üç pəncərənin məbədi" daha nəzərə çarpandır. Trapesiya formasında olan bu üç pəncərə şərqə doğru istiqamətlənmişdir. Əgər yerli şəxslərin tarixçələrinə inansaq, inklərin ilk rəhbəri məbədi özünün anadan olduğu yerdə Tambo – tokoda tikilməsinə əmr etmişdir və buranın da simvol olaraq üç pəncərəsi hazırlanmışdır. Bu pəncərələr mağaranı xatırladır, hansı ki, onun ata evi rolunu oynamışdır. Binhem bu yerdə həmin hissənin yerləşdiyini bildirir. Bütün bunlar Maçu - Pikçunun inklərin memarlıq nümunəsi olduğunu bir daha sübut etmişdir.

Terraslarda qranit sütunlar olmuşdur və Müqəddəs meydanda xüsusi yer almışlar, pilləkanların köməyi ilə ən yüksək zirvəyə güclə çıxmaq mümkündür. Həmin yerdə böyük bir daş dayanır ki, günəşin burada olduğu insanlar tərəfindən düşünülürdü. Binqhem demişdir ki, eyni ilə burada inklər günəşə müxtəlif sitayişlər emtiş və dini rituallar yerinə yetirmişlər.

Payız və yaz fəsillərində xüsusən əkinçilik dövründə insanlar bu daşa daha çox müraciət edərək günəşli günlərin çox olmasını xahiş edirmişlər. Makçu – Pikçunun əhalisi daşın ətrafını bu zaman güllərlə və müxtəlif əşyalarla bəzəyirmişlər. Bu zaman onlar müxtəlif mahnılar oxuyur və dua edərək, bir neçə gün dini bayramlar qeyd edirmişlər.

Makçu – Pikçudan Kuskoya doğru olan yol inklərin gözəl incəsənət nümunələri ilə doludur. Hətta yağmurlu günlərdə belə bura öz gözəlliyini itirmir. Bütün imperiya geniş komunikasiya ilə əhatə olunmuşdur və təxminən 40000 km ərazini əhatə etmişdir. Dövlətə doğru yolu inklər ən əvvəl strateji baxımdan seçmişlər. Həmçinin dövlətin tərkibində onlara id olan müxtəlif incəsənət nümunələri də yer alırmış. İnsanlar bir – birlərindən keramika, toxuculuq, metal işləmə, memarlıq və tikinti işlərini öyrənmişlər.

İnklər uzun yollar çox da tanımamışdır, onlar pillələrə daha çox yer verirmişlər. Bura okean sahilində yerləşir, bir tərəfi divarlarla hörülmüşdür, digər hissədən isə günəş şüalarının düşəcəyinə qərar verilmişdir. Həmçinin külək və qumlardan qorunmaq üçün divarlar xüsusi rol oynayırmış. Çayın üzərində daşdan və asma körpüdən kanat yollar hazırlanmışdır, bu körpülər müqəddəs yerlər sayılırdı və buna görə də zərər görməsi nəticəsində həmin insan ölümə məhkum edilirdi.

                                   
Просмотр : 1996 | Комментариев : 0 | Добавил : Гость
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Поиск
Топ кс 1.6
KavkazeC # DeSanT.cfg
Скачиваний: 751
Добавил: (√ιק)Dίℒgαm♥
Добавлено: 11.03.2012
MarkeLoff.cfg
Скачиваний: 364
Добавил: (√ιק)Dίℒgαm♥
Добавлено: 01.01.2012
SpawN.cfg
Скачиваний: 274
Добавил: AηgeLL
Добавлено: 01.01.2012
Lex.cfg
Скачиваний: 335
Добавил: To[L]ik
Добавлено: 01.01.2012
Archi.cfg
Скачиваний: 187
Добавил: (√ιק)Dίℒgαm♥
Добавлено: 01.01.2012
Cs 1.6 and Cz 1.2 FuLL. 412.mb
Скачиваний: 22
Добавил: Lover[Rauf]
Добавлено: 16.02.2012
Информация
---------------------------------------------
---------------------------------------------
---------------------------------------------
---------------------------------------------
---------------------------------------------
---------------------------------------------
---------------------------------------------
---------------------------------------------
---------------------------------------------
Рекомендуем
Трое / 3 / Moonu (2012)
Статистика
Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0

Нас посетили
Топ пользователей