Главная Файлы Фильмы Видео Информация Шаблоны Фотоальбом Программы Университет
Добро пожаловать, Гость!
Войти
Зарегистрироваться
Случайные
Шкала агрессии / The Aggression Scale (2012)
Кулак Северной Звезды / Fist of the North Star (1995 )
По волчьим законам / Animal Kingdom 2009
Шоссе призраков / Haunted Highway (2006)
Серебряный волк / Silver Wolf (1999)
Темная вода / Dark Water (2005)
Другой мир 4: Пробуждение
Арена / The Arena (2001)
Топ пользователей


(√ιק)Dίℒgαm♥
Администраторы
Пол:
Мужчина
фильмы:441


To[L]ik
Администраторы
Пол:
Мужчина
фильмы:39


Hәsәη
Администраторы
Пол:
Мужчина
фильмы:26


bEN
VIP
Пол:
Женщина
фильмы:13


AηgeLL
Админка
Пол:
Женщина
фильмы:12


RoBBeN
VIP
Пол:
Мужчина
фильмы:11


Lover[Rauf]
VIP
Пол:
Мужчина
фильмы:10


BrauNN
VIP
Пол:
Мужчина
фильмы:8


RociηRoL
VIP
Пол:
Мужчина
фильмы:7


Rocer
VIP
Пол:
Мужчина
фильмы:5
Опросы
Как вам наш сайт ( "ړ )
Всего ответов: 58
Главная » 2012 » Январь » 12 » Dünyanın yeni yeddi möcüzəsi 2-ci hisse

                                          Petra (Iordaniya)

Nəbatilər dövləti paytaxtı Petra olmuşdur. Yunan mənşəli olan bu sözün mənası "daş" deməkdir. Nəbatilər öz evlərini dağın qoynunu oyaraq düzəltdiklərinə görə ora belə adlandırılmışdır. Deyilənə görə ərəbcə o məhəllənin adı "hisni səl’" qaya divar (sıldırm qala) olmuşdur. Onların evlərinin qalıqları hələ də Musa vadisində Harun dağının yüksəkliklərində (İordaniya ərazisindədir) qalmaqdadır.

Nəbatilərin hakimiyyəti miladi tarixinin ikinci yüz illiyinə qədər davam etmişdir. 106-cı ildə Roma imperiyası bu ərazini işğal edərək öz torpaqlarına qatmışdır.

Petra nəbatilər hakimiyyətinin qüdrətli dövründə mühüm ticarət mövqeyinə malik idi. O İran körfəzi ilə Aralıq dənizini ticarət baxımından bir-birinə birləşdirən bir nöqtə idi.

Petra mədəniyyətdə

İordaniyanın Lut gölü ilə Akabe körfəzi arasındakı şəhər,e.ə 400 ilə eramızın 106-cı illəri arasında Bitkisilərin paytaxtı, Petra Şəhəri…

Roma imperatorluğunun işğalının ardından eramızın. 400-cü illərində itən şəhər, əsrlər sonrasında 1812-ci ildə İsveçrəli bir səyyah olan Johann Burkhardt tərəfindən tapıldı. Petranın sirri yalnız yüz illər boyu gizli qalmasından olmasa gərək ki, UNESCO tərəfindən Dünya Mədəniyyət Mirasına daxil edildi.

Kolizey(Roma, İtaliya)


Flavi amfiteatrı (lat. Amphitheatrum Flavium) və ya Kolizey (lat. Colosseum, it. Colosseo) - Qədim Romanın ən əzəmətli tarixi abidəsi olub, dünyada ən böyük antik amfiteatr sayılır. Eskvilin, Palatin və Çelio təpələrinin arasında yerləşir. Flavi sülaləsinin nümayəndələri (Vespasian, Tit, Domisian) tərəfindən tikildiyinə görə Flavi amfiteatrı adlandırılmışdır. Tikinti eramızın 72-ci ilində başlamış, 80-ci ildə başa çatdırılmışdır.

Amfiteatrın inşasına imperator Vespasian Fələstindəki qələbədən sonra başlamışdır. Tikinti onun oğlu Titin dövründə bitirilmişdir. VIII əsrdən etibarən Kolizey adlandırılmağa başlamışdır.

Uzun illər Kolizey qladiatorların və vəhşi heyvanların döyüş səhnələrinə, dəniz döyüşlərinin imitasiyasına ev sahibliyi etmişdir. Katolik kilsəsinin mifik fərziyyələrinə görə xristianlığı qəbul edənlər məhz burada edam edilirmiş. İmperator Makrinin dövründə güclü yanğından zərər çəkmiş tikili Aleksandr Severin əmri ilə yenidən bərpa edilmişdir. 405-ci ildən qladiator döyüşləri ləğv edilsə də vəhşi heyvanlara qarşı döyüşlər hələ də keçirilməkdə davam edirdi.Varvarların hücumlarından sonra tikilii dağıdılmağa başlanır. XI əsrdən 1132-ci ilədək adlı-sanlı romalılar üçün qala funksiyası daşımışdır.1332-ci ildə burada öküz döyüşləri keçirilirmiş. Bu vaxtdan etibarən onun dağıdılması davam etdirilir. Onun daşlarından tikinti materialı mənbəyi kimi, digər tikililərin inşasında istifadə edilmişdir. Papa II Pavel Venesiya sarayının tikintisi üçün daşları məhz buradan götürmüşdür. Amfiteatrda V-IX əsrlərdə kustar fabriklər də fəaliyyət göstərmişdir.Hal-hazırda Kolizey İtaliya hökuməti tərəfindən böyük diqqətlə qorunur. Alim arxeoloqların tövsiyələri əsasında tikili qismən bərpa edilərək onun dağılmasının qarşısını almaq üçün bir çox tədbirlər görülmüşdür. Hazırda Kolizey Romanın ən parlaq simvolu olub ən məhşur turist obyekti sayılır. 7 iyul 2007-ci ildən dünyanın 7 yeni möcüzəsindən biri sayılır.Kolizey nəinki memarlıq baxımdan, həm də mahiyyət baxımından böyük ustalıqla inşa edilmiş bir tikilidir.Tamaşaçılar arenaya 80 giriş vasitəsilə daxil ola bilirmişlər. Bunlardan dördü xüsusi olaraq imperator, mötəbər qonaqlar, senatorlar, yüksək rütbəli dövlət xadimləri üçün nəzərdə tutulmuşdur. Tikilinin giriş, pilləkan və dəhliz sistemlərinin quruluşundan bu günün özündə belə stadion və arenaların tikintisində geniş istifadə olunmaqdadır. Bu texniki imkan 15 dəqiqə ərzində arenanın dolmasını və 5 dəqiqə ərzində boşalmasını təmin edir. Bu sistemə latın dilində vomitoria (tərc.qusmaq, qaytarmaq) deyilir.Bugünkü hesablamalara görə Kolizey rahat 50 000 tamaşaçı qəbul etmək imkanına malik olmuşdur. İlk sıralar, yaxud podium imperator, onun ailə üzvləri, senatorlar və Vesta məbədinin qadın qulluqçuları (lat. virgo vestalis) üçün nəzərdə tutulmuş, eyni zamanda Pulvinar adlandırılan imperator lojası daha hündürdə yerləşirdi. Daha sonra tamaşaçılar üçün nəzərdə tutulmuş 3 yarus maeniana yerləşirdi, 20 sıradan ibarət olan birinci yarus şəhərin vəzifəli şəxsləri və süvarilər təbəqəsinə aid olanlar, ikinci yarus Roma vətəndaşı hüququna malik olan azad sakinlər, üçüncü və ən yuxarı sektorlar isə Romanın ən kasıb sakinləri üçün nəzərdə tutulmuşdu.Kolizey ellips formasına malik olub, eni 156 m, uzunluğu 188 m, çevrəsi 527 m, hündürlüyü 48 m-dir. Üstü xüsusi tent vasitəsilə günəş şüalarından qorunmaq üçün örtülürmüş. Döşəməsi taxtadan olub altında 7 m dərinliyində zirzəmi yerləşmişdir. Burada əsasən vəhşi heyvanların qəfəsləri yerləşirmiş.

Kolizey qədimdən Romanın əzəmət simvolu olmuşdur. VIII əsr səlnamələrində belə bir ifadə mövcuddur ki, "Kolizey durduqca Roma da duracaq, nə vaxt Kolizey yox olacaqsa o vaxt Roma, onunla birlikdə isə dünya da məhv olacaq".

Tac-Mahal(Aqra Hindistn)


Tac Mahal (Devanagari: ताज महल, Nastaliq: تاج محل) - Hindistanda tikili. Dünyanın yeni yeddi möcüzəsindən biri.

Təbrizdən gətirilən türk memarlarının yaratdığı bu tikili dünyanın ən gözəl, ən möhtəşəm türbəsidir.

Hindistanda Baburlular dövrünün memarlıq xarüqələri çoxdur və bunlar bü gün bütöv şəkildə durmaqda, seyr edənləri heyran qoymaqdadır. Bu gün Pakistanın ən çox turist cəlb edən yerlərindən biri olan Lahur sarayı, həmin şəhərdə dünyanın ən geniş və yaraşıqlı Padşah məscidi, Aqra, Dehli, Heydərabad və digər şəhərlərdəki saray və camelərin hər biri ayrılıqda bütöv memarlıq şah əsərləridir. Ancaq yer üzündə heç bir türbə, heç bir memarlıq əsəri Tac Mahal qədər gözəl, möhtəşəm və məşhur deyildir.

Cahan şahın arvadı Ərcümənd banu gözəlliyi, zəkası, yaxşı əməlləri ilə bütün imperatorluğun könlünü fəth etmiş, ən çox seçilən sultan idi. Bu sifətlərindən başqa həm də Mümtaz Mahal kimi tanınırdı. Cahan şah ona hələ 16 yaşında ikən aşiq olmuş, evlənmək üçün 5 il gözləmişdi. Cahan şah çox sevdiyi arvadını getdiyi hər yerə aparır, onun fikirlərini, zövqünü əsas götürürdü.

Bu həssas, ağıllı və gözəl qadın 1631-ci ildə 14-cü uşağını doğarkən vəfat etdi. Cahan şah arvadının ölümünə yas saxladığı səkkiz gün ərzində yeməkdən, içməkdən qalmış, evdən eşiyə çıxmamışdı. Doqquzuncu gün mənzilinin qapısını açıb bayıra çıxdığı zaman saçlarının ağappaq olduğu, xeyli qocaldığı göründü.

Həssas, həqiqi aşiq, vəfalı hökmdar ölüncəyə qədər qəlbində yaşadacağı sevgili arvadı üçün bir türbə tikdirməyi qərara aldı. Bu türbə saf eşqi simvollaşdıracaq şəkildə gözəl, qəlb açan, eyni zamanda möhtəşəm olmalı idi. Bunun üçün dünyanın ən böyük ustalarını tapacaq, xəzinəsini bu əsərə xərcləməyi onların ixtiyarına verəcəkdi. Bu məqsədlə İstanbuldan memarlar gətirtdi. Gələnlər Memar Sinanın tələbələrindən olan memar Məhməd İsa Əfəndi və onun dəstəsi idi.

Məhməd İsa Əfəndinin aylarca çalışaraq planını cızdığı Tac Mahalın tikintisində son dərəcədə parlaq, ağ mərmər işlədildi. Parlaq, ağ mərmərin incə mavi damarları da vardı. Bu mərmərdən tikilən möhtəşəm qübbənin yerdən yüksəkliyi 82 metrdir. Qübbənin üzərindəki qızıl aypara bu yüksəkliyi daha da artırır. Türbənin ağ mərmərdən dörd minarəsi də var.Tac Mahalın tikintisinə 1631-ci ildə başlanılmış və 1650-ci ildə başa çatdırılmışdır. Mümtaz Mahalın və öldükdən sonra onun yanında dəfn edilən Cahan şahın tabutları üst qatdadır. Qübbənin altında olan bu tabutlarda mərmər oymaçılığının ən gözəl nümunələri görünür. Tabutların olduğu yerdə insan ağzından çıxan hər səs möhtəşəm qübbədə yeddi dəfə əks-səda verir.Bu abidə Cahan şahın İstanbuldan dəvət etdiyi memarların əsəridir. Planını İstanbullu Məhməd İsa Əfəndi çəkmiş, qübbəni İstanbullu memar İsmayıl Əfəndi tikmiş, divarlardakı şahanə yazıları yenə İstanbullu xəttat Səddar Əfəndi yazmışdır. Bir çox xarici usta, o cümlədən italyan memarları da onların ixtiyarında çalışmışlar.Sənət əsəri kimi ayrıca bir xəzinə olan Tac Mahalın divarları həqiqi xəzinə daş-qaşlarıyla örtülüdür. Yüz minlərcə əqiq, sədəf, firuzə qoyulmuş divarlarında 42 zümrüd, 142 yaqut, 625 brilyant, 50 çox böyük inci vardır. Türbənin tikintisi üçün 47 milyon qızıl lirə xərclənmişdir və divarlardakı cəvahiratlar buna daxil deyildir. Hündürlüyü 75 metrə çatan, ağ və çəhrayı mərmərlərdən tikilmiş 4 minarəli bu abidə, tərəflərinin mütənasibliyi, ideal simmetriyası və hədsiz gözəlliyi ilə insanları vahel edirdi. Hətta İstanbuldakı möhtəşəm Süleymaniyyə Camisi üçün 19 milyon qızıl lirə xərcləndiyini söyləsək, Tac Mahal üçün necə böyük bir fədakarlıq göstərildiyi daha yaxşı anlaşılır.

                                   
Просмотр : 1905 | Комментариев : 0 | Добавил : Гость
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Поиск
Топ кс 1.6
KavkazeC # DeSanT.cfg
Скачиваний: 751
Добавил: (√ιק)Dίℒgαm♥
Добавлено: 11.03.2012
MarkeLoff.cfg
Скачиваний: 364
Добавил: (√ιק)Dίℒgαm♥
Добавлено: 01.01.2012
SpawN.cfg
Скачиваний: 274
Добавил: AηgeLL
Добавлено: 01.01.2012
Lex.cfg
Скачиваний: 335
Добавил: To[L]ik
Добавлено: 01.01.2012
Archi.cfg
Скачиваний: 187
Добавил: (√ιק)Dίℒgαm♥
Добавлено: 01.01.2012
Cs 1.6 and Cz 1.2 FuLL. 412.mb
Скачиваний: 22
Добавил: Lover[Rauf]
Добавлено: 16.02.2012
Информация
---------------------------------------------
---------------------------------------------
---------------------------------------------
---------------------------------------------
---------------------------------------------
---------------------------------------------
---------------------------------------------
---------------------------------------------
---------------------------------------------
Рекомендуем
Трое / 3 / Moonu (2012)
Статистика
Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0

Нас посетили
Топ пользователей