Главная Файлы Фильмы Видео Информация Шаблоны Фотоальбом Программы Университет
Добро пожаловать, Гость!
Войти
Зарегистрироваться
Случайные
Возмездие Эрпа / Wyatt Earp's Revenge (2012)
Беллфлауэр, Калифорния 2011
Ущелье Доннера / Donner Pass (2012)
Мертвецы ненавидят живых / The Dead Hate the Living! (2000)
Игра на выживание / Gone (2012)
Мария Верн - Бог застыл в молчании / Maria Wern - Stum Sitter Guden (2010)
Вселенная. Семь чудес Солнечной системы (2010)
Универсальный солдат 3: Возрождение / Universal Soldier: Regeneration (2009)
Топ пользователей


(√ιק)Dίℒgαm♥
Администраторы
Пол:
Мужчина
фильмы:441


To[L]ik
Администраторы
Пол:
Мужчина
фильмы:39


Hәsәη
Администраторы
Пол:
Мужчина
фильмы:26


bEN
VIP
Пол:
Женщина
фильмы:13


AηgeLL
Админка
Пол:
Женщина
фильмы:12


RoBBeN
VIP
Пол:
Мужчина
фильмы:11


Lover[Rauf]
VIP
Пол:
Мужчина
фильмы:10


BrauNN
VIP
Пол:
Мужчина
фильмы:8


RociηRoL
VIP
Пол:
Мужчина
фильмы:7


Rocer
VIP
Пол:
Мужчина
фильмы:5
Опросы
Как вам наш сайт ( "ړ )
Всего ответов: 58
Главная » 2012 » Сентябрь » 1 » Ləkəli həyat
Fikrət kişinin gözünün ağı-qarası bircə qız övladı vardı. Nigarı min bir çətinliklə böyüdüb 18 yaşına çatdırmışdır. Anasının vaxtsız ölümü ilə qızı böyütməyin məsuliyyəti atanın üzərinə düşmüşdü. Kişinin qızı ilə bağlı bir arzusu var idi: ağıllı, sağlam, təhsilli olması ilə yanaşı, bəlkə də ən böyük arzusu qızının saf, təmiz, əxlaqlı, bir sözlə, ləkəsiz böyüməsi idi.

Nigar kənddə doğulmuşdu, məktəbi də burada bitirmişdi, amma ali təhsil almaq, istedadlı aktrisalarından olmağa can atırdı. Atasını yola gətirərək onlar Bakıya köçürlər. Bir müddət hazırlıqlara gedən Nigar yüksək balla qəbul imtahanından keçir və aktyorluq fakültəsində təhsil almağa müvəffəq olur. Atanın sevinci yerə-göyə sığmır. İmkanı daxilində qızına geyim, dərs ləvazimatları alıb onu ilk dərs günündə universitetə aparır. Beləcə universitetə daxil olan Nigar ali təhsil alıb özünü təsdiqləmək əvəzinə bədbəxt həyatının özülünü qoymuş olur.

Bir-birindən yaraşıqlı və bahalı geyimlərdə dərsə gələn qızlara həsədlə baxan Nigar getdikcə tənhalıqdan da bezir. Əksər qızların sevgililəri ilə dərsə gəldiyini görüb tutulur, kasıb geyim tərzindən utanır, səhv addımlar ataraq yavaş-yavaş öz xoşbəxt və saf həyatını korlamağa başlayır. Cəmiyyətdə hər şeyin pulla, var-dövlətlə ölçüldüyünü görən gözübağlı qız özünü irgənc həyatın qoynuna atır.

Bir gün qrup yoldaşları Nigarı çox bahalı avtomobildən enərkən görürlər. Sürücünün yaşlı bir kişi olmasına görə "bəlkə dayısıdır” düşünsələr də, az sonra hər şey bəlli olur. Nigar saf ismətini pula satırdı...Hər gün bir az da dəyişən, bir az da çirkaba bulaşan qızının hərəkətləri barəsində rəfiqələr atasına danışırlar. Atası inana bilmir, "çox tərbiyəli övlad böyütmüşəm, mən ona arxayınam” deyir. Amma vəziyyət hər gün bir az da pisləşir. Nigar axşamlar evə çox gec gəlib kitabxanada olduğunu bəhanə gətirir, tez-tez özünə geyim alıb bunu yaxşı oxuyan tələblərə əlavə təqaüdün verilməsi ilə izah edir. Ona alınan çiçəkləri, ətirləri isə oğlan yoldaşları tərəfindən hədiyyə verildiyini söyləyir.

Nigar artıq 2-ci kursda oxuyurdu. Hamilə olduğunun fərqinə varır. Rəfiqələrinin uşağı dünyaya gətirməmək kimi məsləhətinə qulaq asmayıb, ilk övladına həyat vermək iddiasına düşür. Digər tələbələrə pis örnək olduğu üçün universitetdən qovulur. Artıq heç nəyi gizlətmək niyyətində olmayan qız bir axşam ötən bir ildə başına gələnləri atasına danışıb, atasının həmişə qorxduğu işi, yəni qızının ləkəli olduğunu göz yaşları içində etiraf edir. Atası əvvəlcə danışılanların bir yuxu olduğunu düşünüb ayılmağa çalışır, amma bütün olanlar qızının taleyi idi!

Bir neçə gün sonra atası bu dünyadan köçüb gedir, ağır dərdə dözməyən Fikrət kişi əbədi gedişi ilə yolunu azmış Nigarı yalqız qoyur. Nigar çıxış yolu kimi gələcək övladının atasını axtarmağa başlayır. Amma elə atalar çox vaxt uşağa sahib çıxmırlar, Nigarın bətnindəki körpənin atası da atalıq borcundan imtina edib, Nigarı hədələyir.

Şəhər həyatı, universitet təhsili, tələbə dostların maraqlı və şən yaşam tərzi gözübağlı mühitdə böyümüş sadəlövh Nigarı çaşdırır və onu belə acınacaqlı tale ilə üzləşdirir.

Əsas məqsədi körpəsini dünyaya gətirmək olan bədbəxt qız yaşamaq və çörək pulu qazanmaq üçün kafelərin birində işləməyə başlayır. Çox işləyib az maaş alan, ətrafdakılardan xoşagəlməz sözlər eşidən Nigar yalnız bir tikə çörəyə görə bütün bu həqarətlərə dözmək məcburiyyətində qalır. Hətta bir dəfə təcavüzün də qurbanı olur. Yaşadığı ağır stress, keçirdiyi əsəb və həyəcan onu dünyaya bağlayan yeganə övladının məhvi ilə nəticələnir. Nigar uşağını itirdikdən sonra uzun zaman rəfiqələrindən birinin evində xəstə yatır. Amma onlarında Nigara ləkəli, əxlaqsız qadın gözü ilə baxması, rəfiqəsindən tez-tez "bunu niyə bizə gətirmisən?” soruşmaqları Nigarın tezliklə buranı tərk etməsinə səbəb olur.

Artıq paytaxtda gedəcək yeri və görüləcək işi olmayan Nigar kəndlərinə üz tutur. İlk ziyarət etdiyi yer anasının məzarı olur. Anasının başdaşı qızının suçlu göz yaşlarında yuyunur.

Ana, düşdüyüm bu acıların səbəbkarı elə özüməm, böyük şəhər, dəbdəbəli həyat məni çaşdırdı, kasıb atamın mənim üçün etdikləri gözümə az göründü. Camaat qızına bahalı avtomobil aldığı halda atamsa məni düz-əməlli geydirib dərsə göndərə bilmir düşünüb atama yuxarıdan aşağı baxmağa başladım. Nə etdimsə, tamahımdan etdim, çünki yaxşı yaşamaq istədim. Amma anladım ki, çox pul, var-dövlət heç də xoşbəxt olmağa şərait yaratmırmış. Atamla kasıb komamızda sadə həyatımız üçün bilsən necə darıxmışam. Ana, sənə və atama necə ehtiyacım var, bir bilsəniz!

Övladımı itirmək mənə daha böyük zərbə vurdu. Düşünürdüm ki, onu dünyaya gətirib ləkəsiz, saf həyata başlayaram, lazım olsa buradan da köçüb gedərəm. Onu xoşbəxt mühitdə, sevgiylə böyüdərəm. Amma alınmadı, deyəsən, bu həyatda mənimki heç gətirməyəcək...

Nigar içindəkiləri boşaltsa da, amma bir şey onu rahat buraxmırdı. Ağ rəngdəki qara ləkə! Vicdanı onu daima sorğu-suala tuturdu: axı niyə saf ömrünü çürük tale yolu ilə əvəzlədin?! Sən təhsilini başa vurub çox tanınmış aktrisa ola bilərdin, ən yaxşı rollara dəvət alardın. Amma indi...heç kimə lazım olmayan bütün həyatı zəhərlənmiş, ləkələnmiş bir heçsən!!!
                                   
Просмотр : 633 | Комментариев : 0 | Добавил : Гость
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Поиск
Топ кс 1.6
KavkazeC # DeSanT.cfg
Скачиваний: 751
Добавил: (√ιק)Dίℒgαm♥
Добавлено: 11.03.2012
MarkeLoff.cfg
Скачиваний: 364
Добавил: (√ιק)Dίℒgαm♥
Добавлено: 01.01.2012
SpawN.cfg
Скачиваний: 274
Добавил: AηgeLL
Добавлено: 01.01.2012
Lex.cfg
Скачиваний: 335
Добавил: To[L]ik
Добавлено: 01.01.2012
Archi.cfg
Скачиваний: 187
Добавил: (√ιק)Dίℒgαm♥
Добавлено: 01.01.2012
Cs 1.6 and Cz 1.2 FuLL. 412.mb
Скачиваний: 22
Добавил: Lover[Rauf]
Добавлено: 16.02.2012
Информация
---------------------------------------------
---------------------------------------------
---------------------------------------------
---------------------------------------------
---------------------------------------------
---------------------------------------------
---------------------------------------------
---------------------------------------------
---------------------------------------------
Рекомендуем
Трое / 3 / Moonu (2012)
Статистика
Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0

Нас посетили
Топ пользователей